"Beşiktaş" 5 futbolçu ilə yollarını ayıracaq

18:18 - 16 Fevral 2024

"Beşiktaş mövsümün sonunda heyətində böyük dəyişikliklər edəcək.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi baş məşqçi Fernandi Santosun planlarında yer almayan 5 futbolçu ilə yollarını ayıracaq.

Cenk Tosun və Salih Uçan yeni müqavilə ilə bağlı klubla razılığa gəlməyib. Onlara yeni sözləşmə təklif edilməyəcək. Umut Meraş və Raşid Qezzalın da müqaviləsi uzadılmayacaq.

Emrecan Uzunhanın isə performansı məşqçilər korpusunu qane etmir. "Qara qartallar" 21 yaşlı mərkəz müdafiəçisi üçün gələn təklifləri dəyərləndirəcək.

Xəbər xətti