"Arsenal" İtaliya millisinin üzvü ilə bağlı qərar verdi

20:58 - 29 Fevral 2024

"Arsenal" mövsümün sonunda klubla müqaviləsi başa çatan Jorjinyo ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, London təmsilçisi 32 yaşlı yarımmüdafiəçini komandada saxlamaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Topçular" İtaliya millisinin üzvünə yeni sözləşmə təklif edəcək.

Qeyd edək ki, "Arsenal" Jorjinyonu ötən ilin yanvar ayında "Çelsi"dən transfer edib. Təcrübəli futbolçu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti