Vüsal İsgəndərli oynadı, "Boluspor" qələbə qazandı

13:10 - 9 Mart 2024

Futbol üzrə Türkiyə I Liqasında 26-cı turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" doğma meydanda "Giresunspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi 83-cü dəqiqədə Ceffersonun əvəzinə meydana daxil olub.

Xallarını 42-yə yüksəldən "Boluspor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti