Ramil Şeydayevin komandası yenə uduzdu

10:30 - 16 Mart 2024

Türkiyə 1-ci Liqasında 27-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" səfərdə "Gənclərbirliyi"nin qonağı olub. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard 46-cı dəqiqədə meydana daxil olub. 

27 turdan sonra 45 xal toplayan "Kocaelispor" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər xətti