Şahruddin "Fənərbaxça" ilə oyuna start heyətdə başlayır

21:04 - 3 Aprel 2024

Türkiyə Super Liqasında 31-ci turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" səfərdə "Fənərbaxça"nın qonağıdır.

Komandaların bu oyunda meydana çıxacağı heyətlər müəyyənləşib. Şahruddin matça ilk "11-lik"də başlayacaq.

Qeyd edək ki, "Fənərbaxça" - "Adana Demirspor" qarşılaşması Bakı vaxtilə saat 21:30-da başlayacaq.

Xəbər xətti