Ramil son dəqiqədə penalti qazandı, "Kocaelispor" qalib gəldi

23:36 - 3 Aprel 2024

Türkiyə 1-ci Liqasında 28-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" doğma meydanda"Göztepe"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard 85-ci dəqiqədə meydana daxil olub. O, 90+7-ci dəqiqədə komandasına penalti qazandırıb.

28 turdan sonra 48 xal toplayan "Kocaelispor" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti