Cəlal Hüseynov 90 dəqiqə oynadı, "Arda" qələbə qazandı

10:05 - 7 Aprel 2024

Futbol üzrə Bolqarıstan çempionatında 28-cü turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" doğma meydanda Sofiya "Slaviya"sını qəbul edib. Qarşılaşma ev sahiblərinin 261 hesablı qələbəsi ilə başa çatıb.

Cəlal Hüseynov da bu görüşün iştirakçısı olub. 20 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 80ci dəqiqədə sarı vərəqə görüb.

28 turdan sonra 39 xal toplayan "Arda" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti