Gürcüstan millisinin kapitanı Azərbaycanla oyundan paylaşım etdi: "İki vacib qələbə" - FOTO

17:17 - 19 Aprel 2024

Futzal üzrə Gürcüstan millisinin kapitanı və qapıçısı Zviad Kupatadze Azərbaycan millisi ilə görüşlərdən sonra sosial şəbəkədə paylaşım edib.

Sportal.az xəbər verir ki, Tiflisdə yığmamıza iki yoxlama görüşündə də qalib gələn gürcülərin kapitanı həmin qələbə haqda bunları yazıb: 

"Gürcüstan millisi!!! Güclü Azərbaycan millisi üzərində iki vacib qələbə!Yeni komanda qururuq".

Əlavə edək ki, Vitali Borusovun rəhbərlik etdiyi Azərbaycan millisi Gürcüstan millisinə öncə 2:3, daha sonra 1:2 hesabı ilə məğlub olub. 

Mirbağırağa

Xəbər xətti