"Liverpul"un yeni transfer hədəfi bəlli oldu

20:48 - 23 Fevral 2025

"Liverpul" heyətini ispaniyalı müdafiəçi ilə gücləndirməyi planlaşdırır.

Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, Mersisayd təmsilçisi "Valensiya"nın futbolçusu Kristian Moskeranı heyətinə qatmaq istəyir.

Hazırda tərəflər arasında danışıqlar gedir. 20 yaşlı müdafiəçi ilə "Real" da yaxından maraqlanır.

İspan müdafiəçi bu sezon İspaniya La Liqasında 23 matça çıxıb, 1 qol vurub. Onun “Valensiya” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Moskera "Valensiya"nın yetirməsidir.

 

Xəbər xətti