Azərbaycan yığması Belarusa uduzdu

21:51 - 4 İyun 2025

Bu gün gənclərdən ibarət Azərbaycan yığması (U-21) yoldaşlıq oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Belarusla qarşılaşıb.Yığma komandamız Abbasovun təyinatından sonra ilk dəfə uduzub.

Millimizin yeganə qolunu 22-ci dəqiqədə Raul Məmmədov vurub.

Belarus (U-21) – Azərbaycan (U-21) - 3:1
Baranoviçi, Şəhər Stadionu

Xatırladaq ki, iyunun 8-də gənclərdən ibarət yığma evdə Monteneqro komandası ilə qarşılaşacaq.

Xəbər xətti