"Yuventus" "Qalatasaray"ın futbolçusunu istəyir

13:49 - 5 İyun 2025

“Yuventus” “Qalatasaray”ın futbolçusu Qabriel Saranı transfer etməyi planlaşdırır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” Qabriel Sara üçün İstanbul klubuna müraciət edib. “Qalatasaray”ın braziliyalı futbolçunu satmağa hazır olub-olmadığı isə hələ ki bəlli deyil.

25 yaşlı yarımmüdafiəçi 2024-cü il avqustun 4-dən Türkiyə çempionununu üzvüdür. Onun klubla müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. Sara “Sao Paolo”, “Norviç” klublarında da çıxış edib.

Xəbər xətti