"İnter" hücum xəttini ispan forvardla gücləndirməyi planlaşdırır.
Sportal.az "sport.es" portalına istinadən xəbər verir ki, "nerazzura" "Porto"nun forvardı Samu Aqehovanı transfer etməyi düşünür.
Artıq tərəflər arasında danışıqlara start verilib. İtaliyalılar Samunun keçidini bu yay reallaşdırmaq istəyir.
“Porto” isə 21 yaşlı hücumçu üçün 60 milyon avro təəb edir. Samu 2024-cü il avqustun 23-dən “Porto”da oynayır. Onun Portuqaliya nəhəngi ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
İspaniya millisinin hücumçusu “Qranada”, “Atletiko”, “Alaves”in formasını geyinib.