"Yuventus" "Milan"dan icarəyə götürdüyü Pyerr Kalulu ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi fransalı futbolçu üçün satınalma bəndini işə salıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Yuventus" Kalulu üçün onun klubuna 14,3+3 milyon avro təzminat ödəyəcək. 25 yaşlı mərkəz müdafiəçisi ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Yuventus" Pyerr Kalulunu ötən mövsümün əvvəlində icarəyə götürmüşdü. Fransa millisinin üzvü "ağ-qaralar"ıın heyətindəə meydana çıxdığı 39 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi