"Çelsi" və "Qalatasaray" bu futbolçu üçün mübarizə aparır

17:23 - 6 İyun 2025

"Qalatasaray" və "Çelsi" "Əl-Nəsr"in müdafiəçisi Aymerik Laportu istəyir.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, ispanın "Çelsi"də oynamaq istədiyi bildirilir.

Amma "Qalatasaray" da Laportu fikrindən daşındırmaq üçün müəyyən danışıqlar aparıb.

31 yaşlı müdafiəçi "Əl-Nəsr"dən əvvəl "Mançester Siti"də oynayıb. Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. 

Xəbər xətti