"İnter" Zaqreb "Dinamo"sunda forma geyinən Petar Suçiçi heyətinə qatıb.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer İtaliya təmsilçisinə 14 milyon avroya başa gəlib.
Qeyd edək ki, Suçiç "Dinamo"nun heyətində meydana çıxdığı 32 matçda 7 qol, 4 məhsulsdar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi