"Beşiktaş"ın forvardı İtaliya klubuna doğru

12:22 - 6 İyun 2025

“Beşiktaş”ın hücumçusu Çiro İmmobile vətəninə qayıda bilər.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, 35 yaşlı hücumçuya “Piza”dan təklif gəlib.

2024/2025 mövsümünün yekunlarına əsasən, İtaliya B seriyasından A seriyasına yüksələn klub İmmobileyə 2 illik müqavilə və illik 3 milyon maaş təklif edib. 35 yaşlı forvard 2024-cü il iyulun 12-dən “Beşiktaş”ın formasını geyinir.

Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Çiro “Sorrento”, “Yuventus”, “Siena”, “Qrosseto”, “Peskara”, “Cenoa”, “Torino”, “Borussiya”(Dortmund), “Sevilya”, “Latsio” klublarında oynayıb.
 

Xəbər xətti