“Mançester Yunayted” Rasmus Hoylunu alandan daha ucuz qiymətə satmağa hazırdır.
Sportal.az xəbər verir ki, "The Telegraph"ın məlumatına görə, Mançester klubu hücumçudan qurtulmağa çalışmır, amma onun “İnter” üçün maraqlı olduğunu bilir və yaxşı təklif alarsa, oyunçunu sata bilər.
"Mançester Yunayted" 2023-cü ildə danimarkalı futbolçunu 64+8 milyon funt-sterlinqə alıb. Bildirilir ki, onu 42 milyon funt-sterlinq aralığında buraxa bilərlər.
Qeyd edək ki, “İnter” hücumçunu icarəyə götürüb sonradan məcburi və ya könüllü transfer hüququ ilə almağı üstün tutur, amma “qırmızı şeytanlar” dərhal satmaq və müəyyən şərtlərlə bu prosesi həll etmək istəyir.
saytlarin hazirlanmasi