"Barselona"nın müdafiəçisi İtaliya klubunda - RƏSMİ

20:23 - 3 İyun 2025

"Komo" "Barselona"dan icarəyə götürdüyü Aleks Valyeni komandada saxlayıb.

Sportal.az xəbər verir ki, İtaliya klubu ispan futbolçunun transfer hüququna yiyələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Komo" Valye üçün "Barselona"ya 6 milyon avroluq sərbəstqalma məbləğini ödəyib. 21 yaşlı sol cinah müdafiəçisi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Komo" Aleks Valyeni bu ilin yanvar ayında icarəyə götürmüşdü. İspaniya U-21 millisinin üzvü A Seriyası təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti