Millinin heyətində dəyişiklik, "Neftçi"nin futbolçusunun əvəzinə...

22:52 - 3 İyun 2025

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi”nin futbolçusu Həsən Mahmudov zədə səbəbindən komandadan kənarda qalıb.

Onun əvəzinə “Qəbələ”nin oyunçusu Ömər Kərimov düşərgəyə qoşulub.

Qeyd edək ki, U-19-un Qəbələdə təlim-məşq toplanışı iyunun 11-dək davam edəcək.

Xəbər xətti