"Mançester Yunayted"in futbolçusu "Əl-Hilal"a keçməyəcək

12:59 - 3 İyun 2025

“Mançester Yunayted”in futbolçusu Bruno Fernandeş “Əl-Hilal”a keçməyəcək.

Sportal.az “Daily Mail”ə istinadən xəbər verir ki, portuqaliyalı "Əl-Hilal"ın 200 milyon funt-sterlinq dəyərində olan təklifini rədd edib.

Səudiyyə Ərəbistanı klubu portuqaliyalının maaşını 4 dəfə artırmağa və futbolçu üçün 100 milyon funt-sterlinq ödəməyə razı idi.

Bununla belə, Fernandeş Avropada qalmaq istəyib. O, 2024/2025 mövsümündə 57 oyun keçirib, 19 qol vurub və 19 məhsuldar ötürmə edib.

Xəbər xətti