"Burada sizə görə deyiləm" - Luis Enrike ilə xanım jurnalist arasında illərin xoşagəlməz münasibəti

10:31 - 3 İyun 2025

Hələ "Barselona"da işlədiyi vaxtlardan Luis Enrikenin xanım jurnalist Susana Quaş ilə arasında insident yaşanmışdı. "Atletiko" ilə oyunsonrası mətbuat konfransında özündən çıxan ispan mütəxəssis jurnalistin suallarını çox səthi və qeyri-peşəkar adlandırmışdı. 

Sportal.az Bu ikili arasında daha bir olay Luis Enrike "Movistar+" -ə danışarkən baş verib. 

- Mən burada Monika Markanteyə görəyəm, həm də sənə görə, Alvaro (Benito). Dəqiq ki, burada sizə görə deyiləm, Susana!

Bunu eşidən Quaş gərginliyi azaltmağa çalışıb. 

-Zaman uçur. Görün nə qədər vaxt keçib...
-Mən elə həmin cavanam, nə qədər vaxtın keçdiyini bilmirəm.

Xəbər xətti