Portuqaliya təmsilçisi "Sportinq"in futbolçusu Dariu Essuqu "Çelsi"yə transfer olunub.
Sportal.az xəbər verir ki, London klubu 20 yaşlı dayaq yarımmüdafiəçisinin transferini rəsmən elan edib və onunla 2033-cü ilə qədər müqavilə imzalayıb. "Sportinq" bu transferdən 22,27 milyon avro qazanacaq.
Qeyd edək ki, bu mövsüm Essuqu "Las Palmas"da icarədə oynayaraq La Liqada 27 oyun keçirib.
saytlarin hazirlanmasi