Millimizin forvardı: "Final görüşündə epizodları reallaşdırmaqla bağlı problemimiz olmadı"

18:22 - 2 İyun 2025

Minifutbol üzrə Azərbaycan milli komandasının hücumçusu Xətai Bağırov Bakıda keçirilən dünya çempionatının finalında Macarıstan üzərində qazandıqları (4:2) qələbəni şərh edib.

Sportal.az saytına açıqlama verən Bağırov millinin final görüşü barədə fikirlərini söyləyib:

"Hansı hisslər keçirdiyimi sözlə ifadə edə bilmirəm. Dünya kubokunu Bakıda saxladığımız üçün şadam. Bütün xalqımızı təbrik edirəm. Hər oyunda böyük dəstək oldular. Təşəkkür edirəm. Bunun qarşılığını verməyə çalışdıq. Finala qədər qol epizodlarından istədiyimiz kimi istifadə edə bilmirdik. Amma final görüşündə epizodları reallaşdırmaqla bağlı problemimiz olmadı".

Xəbər xətti