Azərbaycan millisinin futbolçuları "Omoniya"ya qarşı oynayacaq

09:18 - 2 İyun 2025

Azərbaycan millisinin futbolçuları Renat Dadaşov və Rahil Məmmədovun formasını geyindiyi Polşanın “Radomyak” klubu yeni mövsümə hazırlıq planları ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Joao Enrikeşin rəhbərlik etdiyi kollektiv iyunun 18-də öz bazasında toplanacaq və iyulun 21-dək orada hazırlaşacaq. Burada “Radomyak” 5 yoldaşlıq oyunu keçirəcək.

Artıq rəqiblər də bəllidir: “Poqoni Qrodzisk Mazovieçki” (2 iyul), “Omoniya” (Nikosiya)(5 iyul), “Stali Staleva-Volya (1 iyul) və “Bruk-Bet Termaliki”(12 iyul). Ekstraklasada yeni mövsümə iyulun 18-də start veriləcək.

Onu da əlavə edək ki, bir müddət əvvəl Polşada Məmmədovun klubdan getdiyi barədə məlumat yayılsa da, hələlik bu barədə rəsmi açıqlama verilməyib.

Xəbər xətti