"Bayer" "Liverpul"un 130 milyon avroluq təklifini qəbul etmədi

16:55 - 2 İyun 2025

"Liverpul"un Florian Virts üçün "Bayer"ə göndərdiyi ikinci təklif də qəbul olunmayıb.

Sportal.az xəbər verir ki, Almaniya klubu 130 milyon avroluq təklifə müsbət cavab verməyib. Bu barədə "Sky Sports" nəşri məlumat yayıb.

"Bayer" Almaniya millisinin üzvü üçün 150 milyon avro tələb edir. Almanlar bu məbləğdən aşağı təklifləri dəyərləndirməyəcək.

Qeyd edək ki, "Bayer" Florian Virtsi 2020-ci ilin yanvar ayında "Köln"ün akaddemiyasından transfer edib.  22 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 16 qol və 15 məhsuldar öötürmə ilə  yadda qalıb.

Xəbər xətti