APOEL Azərbaycan klubunun legioneri ilə maraqlanır

13:22 - 2 İyun 2025

"Zirə"nin legioneri Ayron Qomis yenidən Kipr klublarının maraq dairəsinə düşüb.

Sportal.az saytına verilən məlumata görə, 25 yaşlı fransız futbolçu APOEL-in transfer siyahısında yer alıb. Əslində, Nikosiya təmsilçisi Qomisi hələ “Zirə”yə keçməmişdən əvvəl heyətinə qatmaq istəyib. Lakin onların bu istəyi baş tutmayıb.

Kipr klubu Qomisin çıxışını indi də yaxından izləyir və onu heyətinə qatmaq barədə düşünürlər. Fransızın isə “Zirə” ilə müqaviləsi müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, əvvəllər “Dunkerk”, “Amyen”, “Kasımpaşa”, “Salernitana” klublarında çıxış edib.

Xəbər xətti