PSJ-nin futbolçusu Li Kanq-İn karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.
Sportal.az "Napoli" cənubi koreyalı vingeri transfer etmək istəyir. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
Oyunçu özü klubunu dəyişməyə isti yanaşır. Parislilər 24 yaşlı futbolçu üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, PSJ Li Kanq-İni 2023-cü ilin yayında "Malyorka"dan transfer edib. Cənubi Koreya millisinin üzvü bu mövsüm Fransa təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi