Klublararası dünya çempionatının qalibi, turnirin loqosunu öz formasına dörd il müddətinə əlavə edə biləcək.
Sportal.az xəbər verir ki, ABŞ-da baş tutacaq turnir iyunun 15-dən iyulun 13-nə qədər davam edəcək. Turnir ilk dəfə 32 komandanın iştirakı ilə keçiriləcək.
İnsayder Fabrizio Romano-nun verdiyi məlumata görə, FIFA turnirin qalibi üçün xüsusi loqo hazırlayıb. Bu loqo növbəti turnirə qədər, yəni 4 il ərzində qalib komandanın formasında olacaq.
saytlarin hazirlanmasi