"Real" "Ayaks" klubunun 16 yaşlı oyunçusu Abdella Uazzan ilə maraqlanır.
Sportal.az xəbər verir ki, Madrid klubu gənc mərakeşli futbolçunu transfer etmək istəyir. Artıq ilkin əlaqələr qurulub və transferin baş tutacağına böyük inam var.
Abdella həm mərkəz yarımmüdafiəçisi, həm də cinah oyunçusu kimi çıxış edə bilir. Hazırda o, "Ayaks"ın 17 yaşlılar komandasında oynayır.
saytlarin hazirlanmasi