Viktor Osimhen və Viktor Dyökereşi transfer edə bilməyən "Əl-Hilal" transfer siyahısına başqa
Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu "Fənərbaxça"da çıxış edən Yussef En-Nesirini heyətinə qatmaq istəyir. Bu barədə "Todofichajes" məlumat yayıb.
Türkiyə klubu "Əl-Hilal"dan mərakeşli futbolçu üçün 40 milyon avro tələb edib. Ərəblər 28 yaşlı forvarda görə bu məbləği ödəməyə razı olub.
Qeyd edək ki, "Fənərbaxça" Yussef En-Nesirini ötən ilin yayında "Sevilya"dan transfer edib. Mərakeş millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 30 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi