Azərbaycan millisinin kapitanı Emin Mahmudov Sportal.az saytına müsahibə verib.
- Macarıstana qarşı keçirilmiş görüşü necə şərh edərdin?
- Macarıstan çox səviyyəli komandadır. Oyunumuz bəzən alınmırdı. Biz istəyirdik ki, əks-hücumlarda daha yaxşı oynayaq. Sonlarda istədik ki, rəqibi öz meydanında sıxaq. Epizodlarımız var idi. Amma vura bilmədik. Macarlar bizdən daha yaxşı oynadılar və qələbəyə layiq idilər.
- Səviyyə fərqi hiss olunurdu?
- Təəssüf ki, bizdə Şoboşlay kimi futbolçu yoxdur. Hansı ki, hər mövqedən, yerindən, 50 metrdən ötürmə verə bilir. Ona görə də çətin idi. İşləmək lazımdır.
- Macarıstan İslandiya və Ukrayna səviyyəsində komandadır. Macarlara qarşı evdə bir şey edə bilmiriksə, seçmə oyunlarda necə olacaq?
- Sonlarda qol epizodlarımız var idi. Heç-heçəni qazana da bilərdik. Amma çalışacağıq ki,daha yaxşı hazır olaq.
- Bizim 5-6, Macarıstanın isə qapıya 25 zərbəsi var...
- Əlbəttə ki, fərq var. Çalışacağıq ki, daha yaxşı oynayaq. Daha yaxşı oynaya bilərik.
- Bir ildir ki, komanda qalib gələ bilmir...
- Başa düşürəm. Azarkeşlərimiz də qələbə gözləyir. Təəssüf ki, belə alınır. Gələcəkdə daha yaxşı olacağına inanıram.
- Mətbuatda yayılan məlumata görə, milli bu oyunda uduzsa, Fernandu Santuşla yollar ayrılacaq. Matçdan sonra sizinlə sağollaşmadı?
- Mənim xəbərim yoxdur. Məşqçinin qalıb-qalmaması məsələsi bizim işimiz deyil. Biz işimizə davam edirik. Bizim işimiz Azərbaycan üçün ən yaxşısını etməkdir.
Mirbağırağa
saytlarin hazirlanmasi