Veşoviç də "Qarabağ"dan ayrıldı - RƏSMİ

22:03 - 11 İyun 2025

"Qarabağ"ın monteneqrolu futbolçusu Marko Veşoviç klubdan ayrılıb.

Sportal.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Köhlən atlar" daha əvvəl Yassin Benzia və Patrik Andrade ilə vidalaşdığını açıqlayıb.

Qeyd edək ki, Veşoviç bu mövsüm "Qarabağ"ın heyətində ümumilikdə 31 oyuna çıxıb. Bu qarşılaşmalarda 3 asistlə yadda qalıb.

Xəbər xətti