“Sabah” yarımmüdafiəçi Şakir Seyidovla yollarını ayırıb.
Sportal.az xəbər verir ki, futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Seyidov 2018-ci ildən “Sabah”da çıxış edirdi. O, Masazır təmsilçisinin heyətində ümumilikdə 59 oyun keçirib, 2 qol vurub.
Şakir Seyidova kluba xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzu edib.
saytlarin hazirlanmasi