"Qalatasaray"ın futbolçusu Yunus Akgün karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Betis" türk vingeri transfer etmək istəyir. Bu barədə "Takvim" nəşri məlumat yayıb.
İspaniya klubu Yunus üçün "Qalatasaray"a təklif göndərəcək. İstanbul nəhəngi yalnız yüksək məbləğdə təklif gələcəyi təqdirdə 24 yaşlı oyunçunu sata bilər.
Qeyd edək ki, Yunus Akgün "Qalatasaray"ın yetirməsidir. Türkiyə millisinin üzvü ötən mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 44 rəsmi matçda 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi