Hollandiya yığmasının sabiqKvinsi Promes Dubayda həbs edilib.
Sportal.az xəbər verir ki, Promesin vəkili Cem Polat onun həbsini təsdiqləyib. "De Telegraaf" qəzetinin məlumatına görə, futbolçu Hollandiya prokurorluğunun ekstradisiya tələbi əsasında saxlanılıb.
Həbs Promesin Dubaydakı evində cümə axşamına keçən gecə baş verib. Promes istintaq təcridxanasına aparılıb. Dubay polisi hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Xatırladaq ki, Amsterdam məhkəməsi Promesi narkotik qaçaqmalçılığı təşkil etməkdə təqsirli bilərək qiyabi olaraq 6 il həbs cəzası verib. Bundan əlavə, o, əmisi oğluna bıçaqla hücum etdiyinə görə 1,5 il həbsə məhkum olunub. Onun müdafiə tərəfi bu qərarlara apellyasiya şikayəti verib.
saytlarin hazirlanmasi