Dominik Livakoviçin performansından məmnun olmayan "Fənərbaxça" heyətinə yeni qapıçı cəlb etməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Super Liqa nəhənginin əsas hədəfi "Trabzonspor"da çıxış edən Uğurcan Çakırdır. Bu barədə DHA məlumat yayıb.
"Fənərbaxça" Türkiyə millisinin üzvü üçün onun klubu ilə danışıqlara başlamağa hazırlaşır. İstanbul klubu Uğurcanın transferi üçün 15 milyon avroluq büdcə ayırıb.
29 yaşlı qolkiperlə "Monako" və "Leypziq" də yaxından maraqlanır.
Qeyd edək ki, Uğurcan Çakır "Trabzonspor"un yetirməsidir. Təcrübəli "əlcək sahibi" ötən mövsüm Qara Dəniz təmsilçisinin heyətində 43 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi