Mahir Emreli ilə müqavilənin detalları məlum oldu

16:46 - 22 İyun 2025

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Kayserslautern" klubu ilə rəsmi müqaviləni iyunun 24-də bağlayacaq.

Sportal.az "Teleqraf.az"a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu həmin gün əvvəlcə tibbi müayinədən keçəcək.

Müayinənin ardından onunla 2+1 illik sözləşmənin imzalanması gözlənilir.

Qeyd edək ki, "Kayzerslautern" 2024/2025 mövsümündə Almaniya II Bundesliqasında 34 oyundan 53 xalla 7-ci yeri tutub. Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" isə 48 xalla 10-cu olub. Emreli komandanın heyətində II Bundesliqada 10, Almaniya Kubokunda 1 qol vurub.

Xəbər xətti