"Neftçi"nin hücumçusu Ağadadaş Salyanskiyə gözləmədiyi təklif gəlib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, "Daynava" ona dəvət göndərib.
Hazırda Litva çempionatında çətin günlər yaşayan, turnir cədvəlinin alt sıralarında yer alan klub azərbaycanlı forvardı icarəyə götürmək istəyini ortaya qoyub.
Gənclər yığmamızın üzvünə son olaraq "Şamaxı" da elçi düşüb. Ayxan Abbasovun marağını çəkən ön xətt oyunçusunu "ağ-qaralar" buraxmayıb.
saytlarin hazirlanmasi