UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Çelye" heyətinə yeni qapıçı cəlb edib.
Sportal.az xəbər verir ki, Sloveniya təmsilçisi "Everton"la müqaviləsi başa çatan Jan-Lyuk Lebanla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı sloveniyalı "əlcək sahibi" ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Sabah" ”Çelye" ilə ilk oyunu iyulun 10-da Bakıda keçirəcək. Komandalar arasındakı cavab görüşü isə 1 həftə sonra Sloveniyada baş tutacaq.
saytlarin hazirlanmasi