Millimizin üzvü: "Bir çox klubdan təklif almışdım, amma öncəliyim "Fənərbaxça" idi"

16:48 - 2 Avqust 2025

Azərbaycan milli komandasının üzvü, “Fənərbaxça”nın yeni transferi Peritan Bozdağ Sportal.az saytına açıqlama verib.

Yığmamızın aparıcı futbolçularından olan Peritan Türkiyə klubu ilə anlaşmasını uşaqlıq arzusunu reallaşdırmaq kimi şərh edib: 

"Fənərbaxça" mənim uşaqlığımın komandasıdır. Mövsümün sonunda bir çox klubdan təklif almışdım. Amma mənim öncəliyim hər zaman “Fənərbaxça” idi. Ona görə də, məhz bu klubdan gələn təklifə razılıq verdim. Həm “Fənərbaxça”da,  həm də millidə oynamaq böyük şansdır. Bu kluba keçidimə müsbət yanaşıram. Daha yaxşı klub hər zaman daha yaxşı performans deməkdir və daha yaxşı nəticədir. Əminəm ki, Azərbaycan millisi və mənim üçün gözəl nəticələr olacaqdır. “Fənərbaxça”dan savayı, Türkiyədən bir çox klublardan təkliflər almışdım. “Fənərbaxça” böyük camiədir və bu kluba qatıldığım üçün qürurluyam. Ən yaxşısını etməyə çalışacam".
 

Xəbər xətti