Almaniyanın “Köln” klubu Norveç çempionu olan “Brann”ın hücumçusu Niklas Kastronu transfer etməyi planlaşdırır.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, almanlar 29 yaşlı forvard üçün “Brann”a rəsmi təklif irəli sürüb. Onun Norveç klubu ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir.
Forvard 2022-ci ildən bu klubun formasını geyinir və 84 matçda 30 qol vurub. Çili millisində cəmi 1 oyun keçirmiş Niklas Almaniyaya yollanmağa hazır olduğunu menecerinə bildirib.
Transferin yaxın günlərdə reallaşması gözlənilir.