"Milan"dan ayrılan hücumçu Yunanıstan klubunda - RƏSMİ

19:30 - 5 Avqust 2025

"Milan"dan ayrılan Luka Yoviçin yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, serbiyalı hücumçu karyerasını Yunanıstanda davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Afina təmsilçisi 27 yaşlı forvardla 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Luka Yoviç ötən mövsüm "Milan"ın heyətində meydana çıxdığı 17 rəsmi maatçda 4 qol vurub.

Xəbər xətti