La Liqa klubu kolumbiyalı futbolçunu rəsmən transfer etdi

23:22 - 4 Avqust 2025

"Betis" Nelson Deossunu transfer edib.

Sportal.az xəbər verir ki, İspaniya klubu 25 yaşlı yarımmüdafiəçinin "Monterrey"dən keçidini rəsmən açıqlayıb. Tərəflər 2030-cu ilə qədər müqavilə imzalayıblar.

Fabritsio Romanonun məlumatına görə, transferin məbləği 14 milyon dollar, əlavə olaraq 2 milyon dollar isə bonus kimi ödənilə bilər.


Xəbər xətti