Mahir Emreli yeni klubunda debüt etdi, komandası uduzdu

17:49 - 3 Avqust 2025

Almaniya 2-ci Bundesliqasında 2025/2026-cı illər mövsümü start götürüb.

Sportal.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Kayzserslautern" ilk turu səfərdə keçirib.

Millimizin hücumçusu "Hannover"lə qarşılaşmada start heyətində yer alıb və 65-ci dəqiqədə əvəzlənib.

Bakı vaxtilə saat 15:30-da başlanan matçda meydan sahibləri qələbə qazanıblar - 1:0.

Xatırladaq ki, forvard ötən mövsümü 2-ci Bundesliqada "Nürnberq"də keçirib.

Xəbər xətti