Bundesliqa klubu "Nyukasl"ın 80 milyon avroluq təklifini rədd etdi

00:05 - 3 Avqust 2025

"Leypziq" Benjamin Şeşko üçün "Nyukasl"ın etdiyi təklifi qəbul etməyib.

Sportal.az xəbər verir ki, İngiltərə klubu hücumçu üçün 75 milyon avro və əlavə 5 milyon avro bonus təklif edib. Lakin "The Athletic"in məlumatına görə, alman klubu bu təkliflə razılaşmayıb və 22 yaşlı futbolçunun transferi üçün daha yüksək məbləğ tələb edir.

Şeşko 2024/25 mövsümündə "Leypsiq"in ən yaxşı bombardiri olub.

Xəbər xətti