"Sumqayıt" Qəbələdə məşqlərini davam etdirir - FOTOLAR

22:23 - 2 Avqust 2025

Növbəti mövsümə hazırlıqlarını Qəbələdə davam etdirən "Sumqayıt" növbəti məşqinə çıxıb.

Sportal.az xəbər verir ki, Sumqayıt təmsilçisi Qəbələdəki təlim-məşq toplanışı çərçivəsində avqustun 3-də "Şamaxı", avqustun 7-də isə "Qəbələ" ilə qarşılaşacaq.

Qeyd edək ki, "Sumqayıt" bu günə kimi iki yoxlama oyunu keçirib. "Kimyaçılar" "İmişli" ilə qolsuz heç-heçə edib, "Qəbələ"yə isə 0:1 hesabı ilə uduzub.

Bu gün keçirilən məşqdən fotoları sizin diqqətinizə çatdırırıq:


Xəbər xətti