“Napoli” müdafiəçisini “Fənərbaxça”ya buraxmadı

14:46 - 3 Avqust 2025

“Fənərbaxça” “Napoli”nin müdafiəçisi Amir Rahmanini heyətinə qatmaq istəyib.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi kosovolu oyunçu üçün “Napoli”yə rəsmi təklif göndərib.

Lakin Neapol təmsilçisi 31 yaşlı oyunçusunu buraxmaq istəməyib. Onun İtaliya çempionu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

Rahmani “Dreniça”(Kosovo), “Partizani”(Albaniya), “RNK Split”(Xorvatiya), “Lokomotiva”(Xorvatiya), “Dinamo”(Zaqreb, Xorvatiya), “Verona”(İtaliya) klublarında oynayıb.
 

Xəbər xətti