"Mançester Yunayted"in müdafiəçisi Fransaya qayıdacaq

13:48 - 3 Avqust 2025

“Mançester Yunayted”in futbolçusu Leni Yoro Fransaya geri qayıda bilər.

Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, 19 yaşlı futbolçu “Marsel”in maraq dairəsindədir. Liqa 1 təmsilçisi müdafiəçi üçün “qırmızı şeytanlar”a müraciət edib.

“Mançester Yunayted” onu bir illik icarəyə göndərməyə hazırdır. 

“Lill”in yetirməsi olan Yoro 2024-cü ildə Mançester klubuna keçib. Yoronun 2029-cu il iyunun 30-na qədər hazırkı klubuna məxsusdur.
 

Xəbər xətti