Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" bir neçə gündən sonra növbəti matçına çıxacaq. Ağdam klubu səfərdə Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşacaq.
Sportal.az saytının "Qarabağ" klubunun mətbuat xidmətindən aldığı məlumata görə, zədəli olduğu üçün bir müddət əsas komandadan kənarda qalan Marko Yankoviç "Şkendiya" ilə oyuna tam hazırdır. Digər zədəli Dani Bolt isə hələ bərpa olmayıb. O, qarşıdakı matçı buraxmaq məcburiyyətində qalacaq.
Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" oyunu avqustun 5-də, Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
saytlarin hazirlanmasi