"Qarabağ"la adı hallanan futbolçu bu kluba keçəcək

14:34 - 5 Avqust 2025

Ötən mövsümü “Hatayspor”da keçirmiş Vensan Abubakarın “Qarabağ”a keçəcəyi iddia edilirdi.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kamerunlu hücumçu “Sarıyer”lə anlaşıb.

Türkiyə 1-ci Liqasında iştirak edəcək klub Abubakarla 1 illik müqavilə məsələsində razılıq əldə edib.

33 yaşlı forvard kryerası ərzində “Koton Sport”, “Valansyen”, “Loryen”, “Beşiktaş”, “Porto”, “Əl-Nəsr” klublarında oynayıb.
 

Xəbər xətti